Rusiya Fəridənin ekstradisiyasını tələb etdi

11.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Rusiya Çexiyadan “Rossiya-1” telekanalında “Vesti” verilişinin keçmiş aparıcısı Fəridə Kurbanqaleyevanın ekstradisiyasını tələb edib.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Feysbuk səhifəsində yazıb.

Kurbanqaleyeva Çexiya polisinin ekstradisiya işinə görə ona vəkil təyin edilməsi barədə məktubunu dərc edib:

“Məktubda ekstradisiya tələbimin konkret nə ilə bağlı olduğu deyilmir, amma güman edirəm ki, söhbət ötən ilin yayında mənə qarşı açılan iki cinayət işindən gedir”.

Sənəddə bildirilir ki, işə Praqa məhkəməsi baxacaq.

Qeyd edək ki, ötən ilin iyununda Moskva məhkəməsi keçmiş dövlət televiziyasının aparıcısını terrora haqq qazandırmaq və müharibə saxtakarlığı yaymaqda ittiham edərək qiyabi həbs edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью