Rusiya Fransada terror aktları hazırlayıb?

27.02.2025

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Rusiyanı bəzi “slavyan və çeçen şəbəkələrindən” istifadə edərək Fransa ərazisində terror aktları hazırlamaqda ittiham edən Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornunun sözləri iyrəncdir və irqçiliklə sərhəddədir.

Bakupost.az Qazet.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bütün etnik qrupların törədilməyən terror cinayətlərinə görə kollektiv məsuliyyət daşımasından danışmaq, onlara damğa vurmaq, bununla da cəmiyyətdə etnik ədavəti qızışdırmaq cəhdləri iyrəncdir”, - diplomat bildirib.

Zaur,BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью