Rusiya Fransanın nüvə sualtı qayıqlarının bazasını izləyib? | Icma.az
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransanın nüvə çəkindiriciliyinin əsas mərkəzi sayılan “İle-Long” hərbi bazası yenidən təhlükəsizlik gündəminə gəlib.
Dekabrın 4-də axşam saatlarında Bretan bölgəsində yerləşən bu obyektin üzərində bir neçə naməlum dron müşahidə edilib.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, dünən axşam yerli vaxtla saat 19:30 radələrində beş naməlum dron bazanın üzərində uçarkən müəyyən edilib.
Hadisə dərhal antidron müdafiə tədbirlərinin işə düşməsinə səbəb olub.
Bazanın mühafizəsinə cavabdeh olan dəniz piyadaları bir neçə dəfə dronlara qarşı atəş açıblar.
“İle-Long” bazası Fransa donanmasının ən strateji nöqtələrindən biridir, burada ölkənin nüvə silahlanmasına cavabdeh dörd ballistik raket daşıyan sualtı qayığı (SNLE) saxlanılır və onların texniki xidməti həyata keçirilir.
Hər an bu sualtı qayıqlardan ən azı biri dənizdə patrulda olur. Baza 120 dəniz jandarmı və dənizçiləri tərəfindən ciddi şəkildə qorunur.
Tam oxu
Xəbəri oxu