Rusiya Futbol İttifaqının fərxri prezidenti: “Bütün bunlar cəfəngiyatdır”

27.03.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov Rusiya komandalarının beynəlxalq turnirlərə mümkün qayıdışı ilə bağlı xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə Чемпионат.ru-ya açıqlama verib:

"UEFA-nın Konqresində Rusiya klublarının beynəlxalq arenaya qayıtması ilə bağlı pozitiv fikirlər səslənmişdi. Amma indi bunun üçün heç bir ilkin şərt yoxdur, sadəcə bəyanatlar var.

Bütün bunlar cəfəngiyatdır. UEFA prezidenti Çeferin bu barədə danışarsa, onda inanmaq olar. Ancaq onun digər sözlərini xatırlayırıq – təcavüz davam edərkən heç bir geri dönüşdən söhbət gedə bilməz".

Qeyd edək ki, bir müddət əvvəl "The Independent" "UEFA Rusiya klublarının beynəlxalq yarışlara qayıtmasını müzakirə edir" xəbərini paylaşmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью