Rusiya: Gecə ərzində 133 Ukrayna PUA sı məhv edilib

19.06.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Müdafiə Nazirliyi ötən gecə ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 133 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, nazirliyin məlumatına görə, PUA-lar iyunun 18-i saat 20:00-dan iyunun 19-u saat 07:00-dək Belqorod, Bryansk, Kaluqa, Kursk, Voronej, Oryol, Smolensk, Tula, Rostov və Ryazan vilayətləri, həmçinin Moskva bölgəsi, Krım və Qara dəniz akvatoriyası üzərində məhv edilib.

Qeyd edək ki, ötən gün Moskva və ətrafı son iki ilin ən genişmiqyaslı PUA hücumlarından birinə məruz qalmışdı. Rusiya rəsmilərinin bildirdiyinə görə, hücum nəticəsində paytaxt ətrafında onlarla pilotsuz aparat zərərsizləşdirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью