Rusiya gecə ərzində Ukraynanın 49 PUA sını vurub

05.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Gecə ərzində Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri 49 Ukrayna pilotsuz uçuş aparatını məhv edib

APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, gecə saatlarında ümumilikdə 49 pilotsuz uçuş aparatı (PUA) Rusiya ərazisində zərərsizləşdirilib. Onlardan 16-sı Voronej vilayəti, 14-ü Belqorod vilayəti, 6-sı Kursk vilayəti, 6-sı Samara vilayəti, 3-ü Mordoviya Respublikası, 1-i Bryansk, 1-i Lipetsk, 1-i Orlov daha biri isə Penza vilayəti üzərində məhv edilib.

Müdafiə Nazirliyi əlavə edib ki, hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısını vaxtında alıb .

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью