Rusiya gecə Ukraynaya 370 dron və 21 raketlə hücum edib Zelenski müttəfiqlərdən yardım istədi

24.01.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya ordusu gecə saatlarında Ukraynaya növbəti kütləvi hücum həyata keçirib. Ukrayna Prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, hücum zamanı 370 zərbə dronu və müxtəlif tipli 21 raket buraxılıb. Hücumların əsas hədəfləri Kiyev və Kiyev vilayəti, eləcə də Sumı, Xarkov və Çerniqov vilayətləri olub.

Prezidentin sözlərinə görə, Xarkovda doğum evi, məcburi köçkünlərin yaşadığı yataqxana, tibb kollecinin binası və yaşayış evləri zərər görüb. Hücum nəticəsində onlarla insan yaralanıb, xəsarət alanlar arasında uşaq da var.

Zelenski bildirib ki, Kiyev və ətraf ərazilərdə rusların əsas hədəfi enerji infrastrukturu olub. Hücum nəticəsində bir nəfərin həlak olduğu da təsdiqlənib.

Ukrayna Prezidenti hava hücumundan müdafiə sistemlərinin təchizatının vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın bu cür zərbələrə cavab verə bilməsi üçün tərəfdaşların dəstəyi, o cümlədən Davosda əldə olunmuş razılaşmaların icrası mühüm əhəmiyyət daşıyır.

“Bütün tərəfdaşlarımızın reaksiyasına və yardımına ümid edirik. “Patriot”, NASAMS və digər sistemlər üçün hər bir raket kritik infrastrukturu qorumağa və insanların qış soyuğunu sağ-salamat keçirməsinə kömək edir. Davosda Prezident Tramp ilə hava hücumundan müdafiəsi üzrə razılaşdığımız bütün məsələlər mütləq həyata keçirilməlidir”, – deyə Zelenski qeyd edib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью