Rusiya gəmiləri Tartusu tərk etdi: Açıq dənizə lövbər atdı | Icma.az
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Peyk görüntüləri Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya hərbi gəmilərinin Suriya sahillərindəki Tartus bazasını tərk etdiyini göstərir.
Bəziləri açıq dənizə lövbər atıb. Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.
“Planet Labs” tərəfindən dekabrın 9-da çəkilmiş görüntüdə Tartusdan təxminən 13 kilometr şimal-qərbdə iki idarə olunan raket freqatı və bir neft gəmisi də daxil olmaqla, ən azı üç Rusiya hərbi gəmisi əks olunub.
Rusiya Hərbi Dəniz Qüvvələrinin qalan gəmilərini peyk görüntülərində tapmaq mümkün olmayıb.
Xatırladaq ki, Rusiyanın sahilyanı Latakiya şəhərində böyük aviabazası və Tartusda dəniz bazası var.
Tartus bazası Aralıq dənizində yeganə Rusiya gəmi təmiri və texniki xidmət mərkəzidir.
Moskva Suriyadan hərbi gəmilərin Afrika ölkələrinə tranziti üçün istifadə edir.
Tam oxu
Xəbəri oxu