Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Cənubi Koreyanın Pusan limanında Rusiyaya məxsus "Kristal Asiya" (Crystal Asia) yük gəmisində yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Pusandakı konsulluğu məlumat yayıb.
Yanğın nəticəsində 6 rusiyalı dənizçi xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Yaralılar Pusandakı xəstəxanaya çatdırılıb.