Rusiya gəmisi vuruldu, İstanbula yan aldı

30.08.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya bayrağı altında üzən “Omski-107” quru yük gəmisi Novorossiysk yaxınlığında Ukrayna qüvvələrinin hücumu nəticəsində zədələndikdən sonra İstanbulun Şilə rayonunun Qara dəniz sahilində yan alıb.

Axar.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Məlumata görə, hücumdan sonra gəminin heyəti xilasetmə qayıqları ilə gəmini tərk edib:

"Quru yük gəmisi zədələnib, xüsusilə də kapitan körpüsü ciddi şəkildə yanaraq yararsız vəziyyətə düşüb. Gəmi Şiləyə çatana qədər nəzarətsiz şəkildə hərəkət edib. Hadisə bölgəsinə sahil mühafizəsinin qrupları göndərilib".

Qeyd edək ki, Türkiyənin dənizçilik üzrə aidiyyəti qurumları hələlik bu məlumatı şərh etməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью