Rusiya Google və Telegram ı cərimələdi

25.02.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyada, “Google Play” vasitəsilə VPN xidmətlərinə giriş imkanı yaratdığı üçün “Google”-a 22 milyon rubl, bəzi qadağan olunmuş məzmunlara girişi əngəlləmədiyi üçün isə "Telegram"a 7 milyon rubl cərimə kəsilib.

"Cebheinfo.az" xəbər verir ki, “Google” və “Telegram” əleyhinə açılan məhkəmə işlərinə paytaxt Moskvada baxılıb.
Məhkəmə, “Google Play” tətbiq mağazası üzərindən VPN xidmətlərinə çıxış təmin edildiyi üçün qanunlara əməl olunmadığı qənaətinə gələrək, “Google”-un 22 milyon rubl (təxminən 288 min dollar) məbləğində cərimə ödəməsi barədə qərar çıxarıb.

Məhkəmə, tətbiq vasitəsilə alkoqol satışı həyata keçirildiyi və LGBT təbliğatı aparılan məzmunları silmədiyi üçün "Telegram"ı da 7 milyon rubl (təxminən 91 min 680 dollar) cərimələyib.

Qeyd edək ki, ölkədə “Apple”, “Instagram”, “TikTok” və “Facebook” kimi müxtəlif xarici platformalara da əvvəllər oxşar səbəblərdən pul cərimələri tətbiq edilmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью