Rusiya Googlea qalib gəldi

18.11.2024

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyada quql bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələnib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, quqla qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl olunmadığı qənaətinə gələn məhkəmə, quqla 3,8 milyon rubl (təxminən 38 min dollar) cərimə ödəməyə məcbur edib.

Daha əvvəl də oxşar səbəblərə görə ölkədə "Apple", TikTok və teleqram kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью