Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq

23.11.2026

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

Rusiya daxili bazarda mineral gübrələr üçün tətbiq edilən maksimal satış qiymətlərinin qüvvədə olma müddətini 31 may 2027-ci il tarixinədək uzadıb. Bu dövrdə qiymətlərin indeksasiya yolu ilə artırılmasına icazə verilməyəcək. Gübrə ixracına tətbiq edilən kvotaların müddəti də eyni tarixədək uzadılıb.

Marja.az xəbər verir ki, Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) daxili bazarda mineral gübrələrin maksimal satış qiymətlərinin sabit saxlanılması mexanizminin 1 dekabr 2026-cı ildən 31 may 2027-ci ilədək davam edəcəyini açıqlayıb.

Qurumun məlumatına görə, bu müddət ərzində mineral gübrələrin qiymətlərinə indeksasiya tətbiq olunmayacaq.

Rusiya hökuməti daha əvvəl gübrə ixracına tətbiq edilən kvotaların qüvvədə olma müddətini də eyni dövr üçün uzadıb.

Məlumata əsasən, ümumi ixrac kvotası 18,8 milyon tondan çox olacaq. Bunun 11,3 milyon tondan çoxu azotlu gübrələrin, 7,5 milyon tondan çoxu isə kompleks gübrələrin payına düşəcək.

Azotlu gübrələr üçün müəyyən edilmiş kvotaya 2,3 milyon tondan çox ammonium nitrat da daxildir.

Qeyd edək ki, Rusiyada fermerlərə satılan azotlu və kompleks gübrələrin qiymətləri beynəlxalq bazarlarda kəskin bahalaşmadan sonra 2021-ci ilin iyul ayında dondurulub.

Federal Antiinhisar Xidmətinin tövsiyələri əsasında maksimal satış qiymətləri 2022-ci ilin iyun və sentyabr aylarında indeksasiya edilərək artırılıb. Həmin tarixdən sonra qiymətlərə yeni indeksasiya tətbiq olunmayıb.

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью