Icma.az, Bizim media saytına istinadən bildirir.
Rusiyanın Dnepropetrovsk vilayətinə çoxsaylı hücumları nəticəsində bir qadın həlak olub, daha 9 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Rusiya vilayətin 5 rayonuna 40-dan çox zərbə endirib.
Dnepr şəhərində yaşayış evləri və infrastruktur obyektləri atəşə tutulub. Sinelnikovo rayonunda mağaza, avtomobil və infrastruktur obyektləri zədələnib. Krivoy Roqda isə zərbələrdən biri fərdi yaşayış evinə düşüb.
Bundan başqa, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Dımerdə 10 nəfərin taleyi barədə hələ də heç bir məlumat yoxdur. Hazırda 4 nəfərin həlak olduğu məlumdur.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Bizim.Media