Rusiya gürcü şərabına sanksiya tətbiq etdi

26.11.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın 7 şərab istehsalçısı Rusiya sanksiyalarına məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Georgi Zurabişvili məlumat yayıb.

Rusiya məhdudiyyətlərlə bağlı üç səbəb göstərib: məhsulun keyfiyyəti ilə bağlı narahatlıqlar, şirkətlərin Ukraynanın maliyyələşdirilməsində iştirakı və antirusiya narrativlərinin yayılması.

Rəsmi Tiflis ittihamları rədd edərək, Gürcüstan şərablarının beynəlxalq keyfiyyət sertifikatlarına malik olduğunu və sözügedən müəssisələrin Ukraynanın maliyyələşdirilməsi ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью