GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya-Gürcüstan sərhədində yerləşən Lars keçid məntəqəsində ciddi tıxac müşahidə olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Məlumata görə, iyulun 22-də saat 01:30-dan 08:00-dək Şimali Osetiyada yerləşən Gürcüstan Hərbi Magistralında sel təhlükəsi səbəbilə nəqliyyatın hərəkəti dayandırılıb. Bu, bölgədə təxminən 1000-ə qədər avtomobilin toplanmasına səbəb olub.
Hazırda hərəkət bərpa edilsə də, yolun keçilməsi çox ləng gedir. “Yandex.Maps” platformasında yayımlanan son ekran görüntüləri də tıxacın davam etdiyini təsdiqləyir.
Tahir Turan