Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya ilə Gürcüstanı birləşdirən yeganə quru yolu marşrutu üzərində yerləşən sərhəd-keçid məntəqəsində ciddi sıxlıq yaranıb. Təxminən minə yaxın insan daşqın və uçqun təhlükəsi səbəbindən yolda köməksiz vəziyyətdə qalıb.
KONKRET.az xəbər verir ki, məhdudiyyətlər Yuxarı Lars kəndi yaxınlığındakı keçid məntəqəsində tətbiq olunub. Avtomobillərin həm Gürcüstan istiqamətinə, həm də əks istiqamətdə hərəkəti tamamilə dayandırılıb. Şahidlrin sözlərinə görə, Jinvali qəsəbəsi yaxınlığında sürücülərin qarşısı kəsilərək gömrük məntəqəsi istiqamətinə hərəkət etməmələri barədə xəbərdarlıq edilir, çünki ərazidə uçqun təhlükəsi sensorları işə düşüb. Nəticədə sərhədin hər iki tərəfində kilometrlərlə uzunluğunda avtomobil növbələri və tıxac yaranıb.
Gürcüstan tərəfindəki “Dariali” keçid məntəqəsində isə Devdorak dərəsindəki erkən xəbərdarlıq sisteminin işə düşməsi səbəbindən işçilər və vətəndaşlar təcili olaraq təxliyə ediliblər. Sözügedən sistem Terek çayındakı suyun səviyyəsində dəyişiklik qeydə alaraq dərhal həyəcan siqnalı verib. Hazırda aidiyyəti qurumlar təhlükəsizlik tədbirləri görür, vəziyyətin stabilləşməsindən sonra hərəkətin bərpası istiqamətində addımlar atılacaq.
Natiq Səlim,
KONKRET.az