Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ildə Rusiya neftinin Gürcüstana tədarükü 16 dəfədən çox artaraq 95,8 milyon dollara çatıb.
Milli.Az xəbər verir ki, bu barədə RİA Gürcüstan Gömrük Xidmətinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, bu, rekord göstəricidir.
Mütləq ifadədə Gürcüstana Rusiya neftinin idxal həcmi 10.500 tondan 225.300 tona qədər artıb. Əvvəlki maksimum hədd 2016-cı ildə, Gürcüstanın 10,8 milyon dollar dəyərində 39.600 ton neft idxal etdiyi zaman qeydə alınıb.
Milli.Az