Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

19.08.2026

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya iyul ayında Gürcüstandan kartof idxal etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, bu, 2026-cı ilin fevral ayından bəri ilk belə haldır.

Bundan əvvəl isə tədarüklər kəskin artmışdı. Mayda tədarükün dəyəri aprel ayı ilə müqayisədə 43 dəfə artaraq, 9,2 min dollardan 395,9 min dollara çatmışdı.

İyun ayında Gürcüstandan Rusiyaya kartof ixracı daha 2,3 dəfə artaraq, 925,8 min dollar olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью