Rusiya Gürcüstanın 20% ni işğal edib Kobaxidze

11.08.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Gürcüstan ərazisini işğal edən yeganə dövlət və tərəf, təbii ki, Rusiya Federasiyasıdır. Bu, çox sadə bir faktdır".

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. 

"İşğalla bağlı hər şey tamamilə aydındır. Bu barədə çoxsaylı açıqlamalar verilib və məsələ artıq əlavə aydınlaşdırmaya ehtiyac duymur. Əlbəttə ki, Rusiya Federasiyası Gürcüstan ərazisinin 20%-ni işğal edib ki, bu da Gürcüstan dövlətinə və xalqımıza qarşı cinayətdir", - deyə Kobaxidze ifadə edib./Unikal

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью