Rusiya Gürcüstanın keçmiş müdafiə nazirini qiyabi həbs etdi

17.11.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvili axtarışa verilib və Rusiyada qiyabi həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (xüsusilə böyük miqyasda dələduzluq) 4-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunur. Kezeraşvilinin nümayəndələri bu qərardan apellyasiya şikayəti verməyiblər və qərar qüvvəyə minib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью