Rusiya Gürcüstanın sabiq müdafiə nazirini beynəlxalq axtarışa verdi

17.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Rusiya Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvilini beynəlxalq axtarışa verib.

Modern.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Moskva məhkəməsi sabiq nazir barəsində külli miqdarda dələduzluq ittihamı ilə qiyabi həbs qərarı qəbul edib.

Kezeraşvilinin məlumatları Rusiya Daxili İşlər Nazirliyinin beynəlxalq axtarışda olanlar siyahısına daxil edilib.

Lefortovo məhkəməsi TASS-a açıqlamasında fakt təsdiqləyib. Sabiq Müdafiə nazirinə qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ( xüsusilə genişmiqyaslı dələduzluq) ilə cinayət işi açılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью