Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya hakimiyyəti böyük neft şirkətlərinin birləşdirilməsi planı üzərində işləyir.
Bu müddət ərzində dövlət “Rosneft”, “Qazprom Neft” və “Lukoil”i birləşdirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ötən aylarda neft şirkəti rəhbərliyi ilə rəsmilər arasında danışıqlar aparılıb: “Müzakirələr Putinin hərbi xərcləri dəstəkləmək üçün enerji sektoruna söykənmək planlarını göstərir.
Rusiya prezidenti Səudiyyə Ərəbistanı ilə rəqabət apara biləcək nəhəngi təsəvvür edir.
Bundan əlavə, birləşən şirkət Qərbin sanksiyalarına daha effektiv müqavimət göstərə biləcək.
Lakin bu planlar reallaşarsa, nəticədə ortaya çıxan şirkət Səudiyyə “Aramco”dan sonra dünyada ikinci ən böyük xam neft istehsalçısı ola bilər və onun hasilat həcmi Amerika “Exxon Mobil” şirkətininkindən üç dəfə çox olacaq.