Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hikmət Babaoğlu: “Dyukov getsin əvvəlcə öz kökünü araşdırsın, öyrənsin, görsün kimdir və nə üçün Azərbaycana qarşı bu qədər aqressivdir?” Son vaxtlar Rusiya hakimiyyətində, mediasında və siyasi çevrələrində Azərbaycana qarşı şər, böhtan, qaralama kampaniyası geniş vüsət alıb.
İndi də rus alimləri Azərbaycanın elm adamlarını hədəf alıblar və onlara qarşı açıq hücumlara başlayıblar.
“Bakı-Xəbər” məlumat verir ki, məsələn, rusiyalı tarixçi, Rusiya Elmlər Akademiyasının Tarixi İnstitutunun əməkdaşı Aleksandr Dyukov onlardan biridir.
Dyukov bildirib ki, Azərbaycanın tarix dərsliklərində Rusiya işğalçı və müstəmləkəçi kimi təqdim edilir.
Dyukovun sözlərinə görə, sözügedən dərsliklər iki azərbaycanlı tarixçi tərəfindən yazılıb: “Kərim Şükürov və Yaqub Mahmudov - hər ikisi Azərbaycanın aparıcı tarix universitetlərinə rəhbərlik edir və elmi nailiyyətlərinə görə dəfələrlə xaricdən dəstək alıblar.
Yaqub Mahmudovu hətta Rusiyada da tanıyırlar, o, 2011-ci ildə Dağıstan Respublikasının əməkdar elm xadimi adına layiq görülüb”.
A.Dyukov Rusiya hakimiyyətini baş verənlərə reaksiya verməyə çağırıb.