Icma.az, Olke.az portalına istinadən məlumat verir. Son vaxtlar Rusiya hakimiyyətində, mediasında və siyasi çevrələrində Azərbaycana qarşı ş
İndi də rus alimləri Azərbaycanın elm adamlarını hədəf alıblar və onlara qarşı açıq hücumlara başlayıblar.
“Bakı-Xəbər” məlumat verir ki, məsələn, rusiyalı tarixçi, Rusiya Elmlər Akademiyasının Tarixi İnstitutunun əməkdaşı Aleksandr Dyukov onlardan biridir.
Dyukov bildirib ki, Azərbaycanın tarix dərsliklərində Rusiya işğalçı və müstəmləkəçi kimi təqdim edilir.
Dyukovun sözlərinə görə, sözügedən dərsliklər iki azərbaycanlı tarixçi tərəfindən yazılıb: “Kərim Şükürov və Yaqub Mahmudov - hər ikisi Azərbaycanın aparıcı tarix universitetlərinə rəhbərlik edir və elmi nailiyyətlərinə görə dəfələrlə xaricdən dəstək alıblar.
Yaqub Mahmudovu hətta Rusiyada da tanıyırlar, o, 2011-ci ildə Dağıstan Respublikasının əməkdar elm xadimi adına layiq görülüb”.
A.Dyukov Rusiya hakimiyyətini baş verənlərə reaksiya verməyə çağırıb.
O bildirib ki, sözügedən dərsliklərin müəllifləri üzərində ayrıca iş aparılmalıdır və ən azı, onların hamısının Rusiya Federasiyasının ərazisinə girişi məhdudlaşdırılmalıdır, onlar Rusiyadan aldıqları adlardan məhrum edilməlidirlər.