Rusiya həddini aşır Bolton

12.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın müharibəyə son qoymağa çalışdığı bir vaxtda Ukrayna ilə uzunmüddətli atəşkəsdən dəfələrlə imtina etməklə həddini aşmaq təhlükəsilə üzləşir.

Axar.az xəbər verir ki, bunu Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

Onun fikrincə, Rusiya Qərbi Avropa və ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalardan iqtisadi cəhətdən zərər çəksə də, hələ də çox güclü siyasi mövqedədir:

"O, Rusiyanın zəbt etdiyi Ukrayna ərazisini əlində saxlamaq istəyir, amma, bu məqamda Trampla şanslarını həddən artıq sınayır. Putin atəşkəs təklifinə ən azı ordusunun yenidən qurulmasına şərait yaratmaq üçün razı olmalı idi, çünki rusların indi buna həqiqətən ehtiyacı var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью