Rusiya həmişə Suriya xalqının maraqlarını rəhbər tutub

15.10.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Rusiya və Suriya arasında münasibətlər heç vaxt fürsətçi amillərə məruz qalmayıb.

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Suriya-Ərəb Respublikasının keçid dövrünün Prezidenti Əhməd əş-Şara ilə görüşündə danışıb.

"Bizim Rusiyada Suriya ilə siyasi şəraitimizə və ya xüsusi maraqlarımıza bağlı heç bir münasibətimiz olmayıb. Bu onilliklər ərzində biz həmişə bir şeyi rəhbər tutmuşuq: Suriya xalqının maraqları", - Putin bildirib.

O xatırladıb ki, Moskva və Dəməşq səksən ildir diplomatik əlaqələr saxlayır.

İlahə Qənbərli

Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью