Rusiya hepatit C nin aşkarlanması üçün dünyada ilk sürətli test hazırlayıb

06.11.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 noyabr, AZƏRTAC

Rusiyanın “Rospotrebnadzor” sanitar nəzarət orqanının alimləri hepatit C-nin diaqnostikası üçün dünyada ilk sürətli test hazırlayıblar.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu test virusu cəmi 25-30 dəqiqə ərzində aşkar etməyə qadirdir.

Agentliyin məlumatına görə, bu sürətli və dəqiq diaqnostika vasitəsi vaxtında müalicə etməyə və epidemiya əleyhinə tədbirlər görməyə imkan verir.

Qeyd edək ki, hepatit C serroz və xərçəng də daxil olmaqla, ciddi qaraciyər zədələnməsinə səbəb ola bilən yoluxucu bir xəstəlikdir. İmmuniteti zəif olan insanlar xüsusilə risk qrupundadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью