Rusiya hərbçiləri öz postlarında diri diri yanır... ATEŞ partizan hərəkatı

08.08.2025

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xerson vilayətinin işğal olunmuş hissəsində yerləşdirilmiş Rusiya qoşunları itki verməkdə davam edir. Hətta bu günlərdə bəzi rus əsgərləri öz postlarında diri-diri yanıb.

Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Ukraynanın əsasən Krım tatarlarından ibarət "ATEŞ" partizan hərəkatı məlumat yayıb. 

“Ruslar Xerson vilayətinin işğal olunmuş hissəsindəki mövqelərində yanır”, - məlumatda belə deyilir.

Partizanlar izah ediblər ki, bu informasiya onlara Rusiya Silahlı Qüvvələrinin bir neçə motoatıcı alayındakı agentlər tərəfindən təsdiqlənib.

“Tavriya günəşi və Ukrayna Müdafiə Qüvvələri buna dəstək verir”, - deyə  “ATEŞ” vurğulayıb.

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью