Rusiya hərbi bazaları Belarusa gətirilir...

06.02.2025

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Buna Lukaşenko icazə verib

Putin 2024-cü ilin dekabrında imzalanmış “ittifaq dövləti” çərçivəsində Belarusla təhlükəsizlik təminatları haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.

SİA-nın məlumatına görə, müvafiq sənəd artıq Rusiya parlamentinin rəsmi saytında yerləşdirilib.

Məlum olduğu kimi, Lukaşenko rejimi Rusiya hərbi baza və hissələrinin öz ərazisində yerləşdirilməsinə icazə verir. Diqqətəlayiq odur ki, saziş ən azı 10 il müddətinə qüvvədə olacaq, sonrakı 10 illik dövrlər üçün avtomatik uzadılacaq.

Saziş 2024-cü il dekabrın 6-da Minskdə Aleksandr Lukaşenko və Vladimir Putinin iştirakı ilə “ali dövlət şurası”nın iclası zamanı imzalanıb.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью