Rusiya hərbi gəmilərinin bir hissəsi Çin limanına çatıb

05.12.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Hərbi Dəniz Qüvvələrinin dörd döyüş gəmisindən ibarət dəstə Çinin şimalındakı Qingdao limanına çatıb.

Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər uzaq məsafəli missiya çərçivəsində baş tutub və dekabrın 9-dək davam edəcək.

Dəstə 3 "Rusiya Federasiyası Qəhrəmanı Aldar Tsıdenjapov", "Rezki" və "Qromki" korvetindən və "Peçenqa" dayaq gəmisindən ibarətdir. Səfər çərçivəsində Rusiya gəmilərinin komandanlığı Çin donanmasının hərbi-dəniz bazasının nümayəndələri ilə görüş keçirəcək. 

Hərbi Dəniz Qüvvələrinin gəmilərinin səfəri Rusiya və Çin donanmaları arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью