Rusiya hərbi güc baxımından Çini geridə qoyub

26.01.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya 2026-cı ilin əvvəlində hərbi gücə görə ilk üçlüyə daxil olub.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

“Global Firepower” reytinqinə görə, bir ölkənin hərbi güc indeksini hesablamaq üçün 60-dan çox göstəricidən istifadə olunur, o cümlədən ölkənin maliyyə vəziyyəti, coğrafi yeri, logistika imkanları və digərləri.

Araşdırmaya görə, reytinqə ABŞ başçılıq edib. Rusiya 145 ölkə arasında ikinci yerdədir. Çin ilk üçlüyü tamamlayır. Hindistan, Cənubi Koreya, Fransa, Yaponiya, Birləşmiş Krallıq, Türkiyə və İtaliya da hərbi güc reytinqinin ilk 10-luğuna daxil olub.

Maqsud

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью