Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Suriya Baş Qərargah rəisi Əli əl-Nəssan Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə "SANA" məlumat yayıb.
Suriya Müdafiə Nazirliyi Rusiya nümayəndə heyətinin səfərinin bir neçə gün davam edəcəyini və hər iki ölkənin maraqlarına uyğun hərbi əməkdaşlığı inkişaf etdirməyi hədəflədiyini açıqlayıb.
Qeyd edək ki, ötən ilin iyun ayında Suriyanın müdafiə naziri Murhaf Əbu Kəsra, xarici işlər naziri Əsəd əl-Şeybani və kəşfiyyat direktoru Hüseyn Salameh ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün Moskvada Rusiya müdafiə naziri Andrey Belousovla görüşüblər.