Icma.az, Metbuat saytına istinadən bildirir. Rusiya Hindistana S-400 hava hücumundan müdafiə sistemlərinin əlavə tədarükü üçün danışıqlar ap
Metbuat.az xəbər verir ki, Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq agentliyinin rəhbəri Dmitri Şuqayev belə açıqlama verib.
Hindistanın S-400 sistemlərinə malik ölkələr arasında olduğunu ifadə edən Şuqayev bildirib ki, iki ölkənin bu sahədə əməkdaşlığı genişləndirmək imkanı var.
O, tərəflərin yeni tədarüklər barədə müzakirələr apardığını bəyan edib.
Qeyd edək ki, bundan əvvəl Hindistan Müdafiə Nazirliyi Rusiya rəsmiləri ilə S-400 tədarükü ilə yanaşı, Su-30 qırıcılarının tədarükü məsələsinin müzakirə edildiyini bildirib.
Rusiya 2021-ci ildə Hindistana S-400-lərin ilk partiyasını təhvil vermişdi. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.