“Rusiya hiyəgərdir və sanksiyalardan yayınmağı əla bacarır”

04.08.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

“Moskva göstərilən müddətə qədər Ukraynada atəşkəslə razılaşmasa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyəm”.


Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.


Ağ Ev rəhbəri həmçinin Rusiyanın sanksiyalardan məharətlə yayındığını da qeyd edib:


"Sanksiyalar olacaq, lakin görünür, ruslar onlardan kifayət qədər uğurla qaçırlar. Bilirsiniz, onlar hiyləgər insanlardır və sanksiyalardan qaçmaqda kifayət qədər uğurludurlar, ona görə də bunun nə ilə nəticələnəcəyini görəcəyik", - deyə Tramp əlavə edib.

Daşqın Həsənov

Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью