Rusiya hokkey yığması 2026 cı il olimpiadasına buraxılmadı

26.05.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Beynəlxalq Buzlu Hokkey Federasiyasının (IIHF) rəhbəri Luk Tardif Rusiya yığmasının 2026-cı il Qış Olimpiya Oyunlarında iştirakına icazə verilməyəcəyini açıqlayıb.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, onun sözlərini "SVT Sport" yayıb.

"Biz açıq şəkildə bildirdik ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsini (ROK) xəbərdar etməlidir və onlar bunu etdilər. Biz BOK-dan Rusiya komandasının yarışa buraxılmadığını rəsmən elan etməsini istəyirik", - Tardif bildirib.

Qeyd edək ki, Olimpiya Oyunlarında Rusiya seçməsinin əvəzinə növbəti ən yüksək reytinqli komanda olan Fransa millisi mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью