Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dekabrın 26-da “Rusiya” xüsusi uçuş dəstəsinə məxsus RA-96023 quyruq nömrəli İl-96-300 təyyarəsi Nyu-Yorka, sonra isə Vaşinqtona istiqamət alıb. “Flightradar”ın məlumatına görə, təyyarə dekabrın 28-də Rusiyaya qayıdıb.
Sfera.az bildirir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sualları cavablandırıb.
O, bu barədə “TASS”a açıqlama verib.
Rusiyadan ABŞ-yə xüsusi uçuşla bağlı xəbərləri şərh edərkən Zaxarova bildirib ki, bu, diplomatların rotasiyası ilə bağlıdır.
Günay