Rusiya hücum etsə, ABŞ yardıma gələcəkmi? Stubb

08.05.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

NATO-ya hücum halında ABŞ-ın alyansa yardıma gələcəyi şübhəsizdir.

Axar.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

“ABŞ-ın nüvə çətirinin yox olacağını düşünmürəm”, - deyə o bildirib.

Stubb bu məsələni ABŞ administrasiyası ilə müzakirə etdiyi qeyd edib.

Prezidentin sözlərinə görə, bu, sadəcə ABŞ qoşunlarının Avropadan çıxarılması məsələsi deyil, əksinə müttəfiqlər arasında məsuliyyətin yenidən bölüşdürülməsidir.

"Nəticə etibarilə, kritik bir vəziyyət yarandıqda və ABŞ özünü, məsələn, Rusiyanın Finlandiya sərhədindən 100 kilometr aralıda yerləşdirilən taktiki nüvə silahlarından müdafiə etmək istədikdə, onun köməyə gələcəyinə bir an belə şübhə etmirəm", - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью