Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşa Rusiya hücumu baş verəcəyi təqdirdə, NATO-nun 5-ci maddəsinin işə salınmasını gözləmədən Baltikyanı ölkələrə xüsusi təyinatlı qüvvələr göndərməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə “Onet” nəşri məlumat verib.
“Varşava Rusiyanın Litva, Latviya və ya Estoniyaya hücumu təqdirində iki fəaliyyət variantını nəzərdən keçirir: humanitar yardım göstərmək və ya birbaşa hərbi müdaxilə etmək. Polşa hökuməti ikinci varianta üstünlük verir.
Xüsusilə, bu, xüsusi təyinatlı qüvvələrin sürətlə yerləşdirilməsini əhatə edə bilər”, - məlumatda qeyd olunub.