Rusiya hücumları nefti bahalaşdırır ŞƏRH

14.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiyanın neft-kimya obyektlərinə hücumların davam etməsi qlobal enerji bazarında, xüsusilə neft məhsullarının qiymətində artıma səbəb ola bilər”.

Bunu iqtisadçı Natiq Cəfərli Rusiyanın neft-kimya obyektlərinə hücumların Qlobal Cənub ölkələri üçün yarada biləcəyi iqtisadi və enerji risklərini Bakıvaxtı.az-a şərh edərkən deyib.

O bildirib ki, Rusiyanın neftayırma zavodlarına hücumlar daha çox xam neftə deyil, neft məhsullarının, əsasən də dizel yanacağının qiymətinə ciddi təsir göstərir:

“Xam neftə təsir göstərən əsas amil Hörmüz boğazıdır. İndi də Qırmızı dənizə çıxan boğazların husilər tərəfindən atəş altına alınmasıdır. Yəni xam neftin qiyməti bu hadisələrə görə qalxır”.

Natiq Cəfərli, iqtisadçı

İqtisadçının sözlərinə görə, Rusiya hadisələrinin də təsiri var, amma əsas Rusiyanın təsiri neft məhsullarının, əsasən dizel yanacağının qiymətinə ciddi təsir göstərir. Çünki qıtlıq yaranır. Rusiyanın ixrac etdiyi cənub ölkələrinə, əsasən də Hindistan, Çin, Laos, Malayziya, Vyetnam, Filippin kimi ölkələrə neft məhsulları ixrac olunurdu. Həmin neft məhsullarının qiymətində artım müşahidə olunur.

“Bu, təkcə neft qiymətlərinin artması ilə bağlı deyil, həm də neftayırma zavodlarının vurulması fiziki olaraq dünyada neft məhsullarının həcmini azaldıb”, - deyə Natiq Cəfərli qeyd edib.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью