Axar.az saytına istinadən Icma.az xəbər verir.
Noyabrın 8-i səhər saatlarında Rusiya tərəfindən enerji sisteminə edilən hücumlar nəticəsində Dnepropetrovsk vilayətində 600 mindən çox insan elektrik enerjisiz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat yayıb.
“Enerji sisteminə edilən düşmən hücumları səbəbindən Dneprovski, Kamenski, Samarovski, Pavloqradski və Sinelnikovski rayonlarında 600 000-dən çox insan elektrik enerjisiz qalıb”, - Qanja bildirib.
Onun sözlərinə görə, xəstəxanalar və kritik infrastruktur obyektləri generator enerjisinə keçib.