Rusiya hücumu: Kiyevin yarısı işıqsız qaldı

10.10.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiyanın genişmiqyaslı hücumu nəticəsində Kiyevin enerji infrastrukturuna zərbələr endirilib.

Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

Məlumata görə, şəhərin sol sahili elektrik və su təchizatından məhrum olub. Paytaxtın infrastrukturuna raket zərbələri enerji kəsintilərinə səbəb olub.

"Təhlükəsizlik vəziyyəti imkan verən kimi energetiklər ziyanın miqyasını qiymətləndirəcək və bütün evlərə mümkün qədər tez elektrik verməyə çalışacaqlar", - Ukraynanın ən böyük özəl enerji şirkəti olan DTEK bildirib.

Qeyd edək ki, Rusiya qüvvələri oktyabrın 10-da Ukraynanın enerji infrastrukturuna hücumlar həyata keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью