Rusiya idmançılarının olduğu təyyarənin qəzaya uğramasına helikopter marşrutu səbəb olub

29.01.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci il yanvarın 29-da Vaşinqtonda baş verən və 67 nəfərin, o cümlədən Rusiya fiqurlu konkisürənlərinin həlak olduğu aviaqəzanın səbəbi helikopter marşrutunun sərnişin təyyarəsinin uçuş trayektoriyası üzərində yerləşdirilməsi olub.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurasının sədri Cennifer Homeninin açıqlamalarına istinadən "The Washington Post" qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, aparılan araşdırma qəzanın “yüz faiz qarşısı alına bilən” hadisə olduğunu göstərib. “Bu helikopter marşrutu ümumiyyətlə orada olmamalı idi”, – deyə Homeni bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью