Rusiya iki ölkəni barışdırmaq istəyir: “Nüvə anlaşması yenilənməlidir” | Icma.az
Icma.az, Sfera.az portalına istinadən məlumat verir. Rusiya ABŞ və İran arasında mövcud olan problemləri danışıqlar yolu ilə həll etmək üçün
Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-Rusiya münasibətlərinin bir qədər yaxşılaşması müşahidə edilir.
Artıq tərəflər arasında bir neçə dəfə siyasi məsləhətləşmələr keçirilib, danışıqlar aparılıb.
Münasibətlərin bir qədər isinməsini əsas gətirən rəsmi Moskva indi vasitəçilik təklifi ilə çıxış edir.
Bəs Moskvanın belə bir vasitəçilikdə nə kimi maraqları ola bilər? ABŞ və İran bu cür təkliflərə müsbət yanaşa bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, Rusiyanın İran və Amerika arasındakı danışıqlarda vasitəçi olmaq istəyində bir neçə mühüm amil mövcuddur: "Birincisi, baş verə biləcək gərginliyin, Rusiya üçün də maraq dairəsində olan bölgələrə mənfi təsir göstərəcəyi ehtimalıdır.
İran, xüsusilə Rusiya ilə güclü əməkdaşlıq edir və bu əməkdaşlıq Rusiya-Ukrayna müharibəsi dövründə daha da möhkəmlənib.
Qarşıdakı dövrdə İranın ətrafında baş verə biləcək mənfi ssenarilər - ölkənin parçalanması və ya rejimin devrilməsi Rusiya üçün ciddi narahatlıq yaradır.
Tam oxu
Xəbəri oxu