Rusiya ilə ABŞ arasında dialoq ləng irəliləyir Lavrov

16.11.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərdəki problemlərin aradan qaldırılması istiqamətində dialoq ləng irəliləyir.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə müsahibəsində bildirib.

Diplomat iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini “nə yaxşı, nə də pis” ifadəsi ilə xarakterizə edib. Onun sözlərinə görə, bu məsələni ABŞ dövlət katibi Marko Rubio ilə hər görüşündə müzakirəyə çıxarır.

“Biz 81-ci BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda, daha sonra isə “G20” xarici işlər nazirlərinin görüşündə Atlantada görüşmüşük”, – Lavrov qeyd edib.

Nazir tərəflərin marağında olan bir sıra məsələləri sadalayıb. Bunlara səfirliklərin normal fəaliyyətinin təmin edilməsi, diplomatların ölkə ərazisində yalnız mərkəzdən 25 mil radiusda deyil, daha geniş ərazidə hərəkət edə bilməsi, birbaşa uçuşların bərpası, eləcə də ABŞ-nin sabiq prezidenti Barak Obama administrasiyası dövründə həbs edilmiş diplomatik mülkiyyətin geri qaytarılması daxildir.

Lavrovun sözlərinə görə, sözügedən obyektlər Obama Ağ Evdən getməzdən iki həftə əvvəl saxlanılıb.

Qeyd edək ki, Lavrov daha əvvəl Rusiyanın Ukrayna böhranı kontekstində təhlükəsizlik təminatları məsələsi üzrə ABŞ ilə dialoqun davam etdirilməsi və tərəflərin maraqları arasında tarazlığın əldə olunması üçün Vaşinqtonun kifayət qədər qətiyyət göstərəcəyinə ümid etdiyini bildirib.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью