Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, biznesmen və ABŞ Dövlətin Səmərəliliyi Departamentinin başçısı İlan Mask Rusiya ilə ABŞ-nin bir-birilərinə yaxın olduqlarını bəyan edib. O, sahibi olduğu X sosial şəbəkəsində bu ölkələrin coğrafi cəhətdən yaxınlığı barəsində video dərc edib, bir çox amerikalıların bu faktdan xəbərsiz olduqlarını yazıb.
Mask yazıb: "Bir-birindən cəmi iki mil məsafədə yerləşən, bəzən bir-biri ilə əlaqədə olan ölkələr Berinq boğazı ilə ayrılırlar. Əgər diqqətlə baxsaq, bir-birindən 2,4 mil (3,8 km) məsafədə olan iki kiçik ada görərik - burada Rusiya ilə ABŞ əraziləri ayrılırlar.
Sosial şəbəkə istifadəçiləri ideonun şərhlərində Vaşinqtonu Moskva ilə müttəfiqlik etməyə çağırıblar, Amerikanın Avropadan çox Rusiya ilə ortaq cəhətlərinin olduğunu bəyan ediblər.
Hürr Tərcüman