Rusiya ilə ABŞ ni bu tunel birləşdirəcək KONKRET

17.10.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ilə ABŞ arasında tunel tikintisi perspektivi mövcuddur.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki,bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bildirib. O, oktyabrın 16-da “X” sosial şəbəkəsində paylaşım edib.

Dmitriyev qeyd edib ki, RDIF artıq sərmayə qoyub və tarixdə ilk Rusiya-Çin dəmir yolu körpüsünü tikib.

“Artıq daha böyük layihələr görməyin və bəşər tarixində ilk dəfə qitələri birləşdirməyin vaxtıdır. Rusiya ilə ABŞ-ı birləşdirməyin vaxtı çatıb”, – o yazıb.

Məlumata görə, bu tunel səkkiz il ərzində Berinq boğazı vasitəsilə Rusiya Federasiyası ilə Alyaskanı birləşdirə bilər. Tikinti xərci isə 8 milyard dolları aşmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью