“Rusiya ilə açıq dialoq aparmalıyıq”

03.06.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


“Avropa İttifaqı təcili Rusiya ilə dialoqa başlamalı və onun “qorxulu obrazına” son qoymalıdır ki, bu da mövcud problemlərin açıq şəkildə, vicdanla müzakirəsinə imkan verəcək”.
Reyting.az
bildirir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Deyilir ki, bu çağırışı jurnalistlərə müsahibəsində Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Fernand Kartheiser edib.
F. Kartheiserin fikrincə, Avropa İttifaqı ilə Rusiya arasında, sadəcə, dialoq deyil, həm də açıq və konstruktiv şəkildə danışıqlar həyata keçirilə bilər.

ELÇİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью