Rusiya ilə bağlı bu planımızdan əl çəkdik Almaniya

31.05.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Ukrayna böhranından sonra Rusiyanı tam hərbi məğlubiyyətə uğratmaq artıq Almaniya hakimiyyətinin məqsədi deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan David Vadeful “Zeitung” nəşrinə müsahibəsində deyib.

“Rusiya kimi nüvə silahına sahib bir ölkənin tam məğlubiyyətini, yəni təslim olmasını gözləmək mümkün deyil. Bu baxımdan indi bir az daha dürüst olduq”, - nazir bildirib.

Vadeful həmçinin qeyd edib ki, Berlin və Moskva artıq açıq sülh vəziyyətində deyillər:

“Mən “müharibə” ifadəsindən çəkinərdim, amma biz artıq açıq-aşkar sülh vəziyyətində də deyilik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью