Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq FİFA prezidenti

02.02.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq - FİFA prezidenti

FİFA prezidenti Canni İnfantino Rusiya millisinin beynəlxalq turnirlərdən kənarlaşdırılması qərarına yenidən baxılması məsələsinə toxunub.

QOL.az xəbər verir ki, "Sky News"un məlumatına görə, ali futbol qurumunun rəhbəri Rusiyaya tətbiq edilən sanksiyaların heç bir müsbət nəticə vermədiyini etiraf edib:

"Biz bu qadağanın ləğvini nəzərdən keçirməliyik. Qətiyyən tərəfdarı deyiləm. Bu məhdudiyyət heç nə vermədi, əksinə, daha çox məyusluq və nifrət yaratdı. Rusiyalı qız və oğlanların Avropanın müxtəlif bölgələrində futbol oynaması onların inkişafı üçün daha faydalı olardı".

Bununla yanaşı, C.İnfantino FİFA-nın qaydalara dəyişiklik etməli olduğunu vurğulayıb. O bildirib ki, qurumun nizamnaməsində heç bir ölkənin siyasi səbəblərə görə futboldan məhrum edilməməsi barədə bənd təsbit olunmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью